Четверг, 28.03.2024, 23:05
Приветствую Вас Гость | RSS

Каждый может быть журналистом!!!

Главная » 2008 » Октябрь » 7 » Azərbaycan ordusuna qarşı çirkin təxribatdır
22:48
Azərbaycan ordusuna qarşı çirkin təxribatdır

Eldar Sabiroğlu: "Bu videoçarx Azərbaycan ordusuna qarşı çirkin təxribatdır"


Okyabrın 4-də İnternetdə (YouTube saytı) Azərbaycan hərbi hissələrin birində əsgərlərin döyülməsi ilə bağlı videoçarx yayılıb. Telefon vasitəsi ilə çəkilən videoçarxda əsgərlərə qarşı zorakılıq açıq-aydın görünür.
Videogörüntülərdə iki nəfər "dembel" (tərxisinə az qalmış əsgər) iyirmiyə yaxın təzə gələn əsgəri kazarmada sıraya düzüb şillələyir, təpiklə vurur, idman fəndləri işlədərək yerə yıxır.
Videoçarxda kazarmada əsgərlərin Azərbaycan dilində danışması hadisənin Azərbaycan hərbi hissələrindən birində baş verməsini göstərir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu " bildirib ki, videosüjet ortaya çıxdıqdan sonra nazirlik Azərbaycan Ordusunda "dedovşina" (stajlı əsgərlərin yeni gələnlər üzərində hökmranlığı) ilə bağlı faktların olub-olmamasına dair araşdırma aparıb. Onun sözlərinə görə, Azərbaycan ordusunda belə insidentlər indiyədək olmayıb: "Bu, orduya qarşı çirkin təxribatdır. Bu videoda gördüklərimiz "gözəl" tamaşadır. Çox güman ki, hərbi forma geyinib mobil telefon vasitəsilə bunu çəkənlər orduda "dedovşina" olması haqqında süjet yaratmaq istəyiblər. Hesab etmirəm ki, bunu çəkənlər və sayta qoyanlar Azərbaycan ordusunu sevən adamlardır".
Mətbuat katibi qeyd edib ki, əgər qəbul etsək ki, videoçarxlardakı gerçəkdən də baş verib, onda bunu çəkən adam ilk növbədə çəkdiklərini bilavasitə Müdafiə Nazirliyinə təqdim etməli idi. E.Sabiroğlunun sözlərinə görə, əgər nazirlik buna reaksiya verməsəydi, onda onların çəkdiklərini sayta qoymağa haqları çatardı. O, bildirib ki, əgər sübutları və real faktları varsa, onların Müdafiə Nazirliyinə müraciət etmələri hələ də gec deyil.
"Belə bir şey yoxdur. Kiməsə orduya qarşı təxribat sərf edir ki, ordunun neqativ imicini formalaşdırsın. Demək olar ki, "dedovşina" ordudan praktiki olaraq kənarlaşdırılıb, hər bir neqativ hala qarşı nazirlik operativ şəkildə reaksiya verir və problemi aradan qaldırır. Azərbaycanda heç nəyi gizlətmək mümkün deyil, əgər bu hadisə baş versəydi, çoxdan hamının xəbəri olardı. Onların videsüjetləri yerləşdirdikləri sayt müstəqildir və hər kəs çəkdiyi materialı orada yerləşdirə bilir. Azərbaycan ordusuna qarşı təxribatın müəllifləri də bundan istifadə ediblər",- deyə Müdafiə Nazirliyinin mətbuat katibi bildirib.


Просмотров: 634 | Добавил: jurnalisti | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Календарь
«  Октябрь 2008  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Наш опрос
Какие новости вы хотите видеть на нашем сайте?
Всего ответов: 33
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Поиск