Вторник, 16.04.2024, 20:19
Приветствую Вас Гость | RSS

Каждый может быть журналистом!!!

Главная » 2009 » Октябрь » 24 » Azərbaycan Beynəlxalq Universiteti sökülür
13:07
Azərbaycan Beynəlxalq Universiteti sökülür
Gələn ilin əvvəlində Azərbaycan Beynəlxalq Universiteti (ABU) və məktəbin yaxınlığındakı bəzi fərdi yaşayış evləri söküləcək. Bu barədə «APA-ECONOMICS»ə hökumətdəki mənbələrdən məlumat verilib.

Hökumətdən bildirilib ki, hələ SSRİ dövründə universitetin yerləşdiyi ərazi Bakı Metropoliteninin mövcud hərəkət xətlərinin genişləndirilməsi planının reallaşdırılması üçün nəzərdə tutulub. Orada başqa tikililərin aparılmaması üçün işarələr qoyulub və hasara alınıb. Lakin sonrakı dövrlərdə təxminən 10 hektara yaxın həmin ərazi icra hakimiyyəti tərəfindən qanunsuz olaraq əhaliyə və Azərbaycan Beynəlxalq Universitetinə satılıb.

Məlumatda bildirilib ki, bu ərazidə hazırda tikilməkdə olan «Azadlıq» metro stansiyasının davamı olan depo yerləşəcək. Söküləcək binalar qanunsuz və vaxtı ilə strateji obyekt üçün nəzərdə tutulan dövlət torpağında tikildiyinə görə, onların sahiblərinə dövlət tərəfindən kompensasiyanın ödənilməsi nəzərdə tutulmur.

Qeyd edək ki, metronun «Azadlıq» stansiyasının bu ilin sonu, ən gec 2010-cu ilin mart-aprel aylarında istifadəyə verilməsi planlaşdırılır.

Просмотров: 668 | Добавил: jurnalisti | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Календарь
«  Октябрь 2009  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Наш опрос
Какие новости вы хотите видеть на нашем сайте?
Всего ответов: 33
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Поиск