Четверг, 28.03.2024, 13:37
Приветствую Вас Гость | RSS

Каждый может быть журналистом!!!

Главная » 2008 » Октябрь » 8 » Restoranlarda dil siyasəti
17:14
Restoranlarda dil siyasəti
Menyülərin əcnəbi dildə olması bir yana, ofisiantlar rus dilində danışırlar

Səlcuq

Mətbuatda paytaxtımızda fəaliyyət göstərən müəssisə, ticarət mərkəzləri, kafe və restoranlar, o cümlədən gözəllik salonları, xəstəxanalar və başqa obyektlərin adlarının əcnəbi dildə olması barədə dəfələrlə danışılıb, ancaq buna baxmayaraq problem hələ də öz həllini tapmayıb. Biz də məsələylə bağlı kiçik bir araşdırma aparmaq qərarına gəldik.

"Bura gələnlərin hamısı rus dilində danışırlar"

İlk olaraq ticarət obyektlərində çalışanlardan nə üçün doğma dilimizdə danışmadıqlarını soruşduq. Satıcı xanımın cavabı belə oldu: "Nə bilim, alıcıların çoxu onsuz da rus dilində danışır. Həm də rus dilini bilməyənləri işə götürmürlər. Əgər rus, ingilis dilini bilmirsənsə, "kliyent"lə necə danışacaqsan?" "Sizin əcnəbi dildə danışmağınız azərbaycanlı alıcı üçün hər hansı çətinlik yaradırmı?" sualımızı isə digər satıcı xanım cavablandırır: "Xeyr, çünki bura gələnlərin hamısı rus dilində sərbəst danışırlar". Maraqlı məqamlardan biri də bu oldu ki, həmsöhbətimiz olan bu iki satıcının heç biri Azərbaycan türkcəsində təmiz danışa bilmirdi. Daha çox rus sözlərindən istifadə edən bu xanımlardan onu da öyrəndik ki, (təbii ki, bizim üçün yenilik deyildi) necə deyərlər, "bərkgedən" dükanların heç birində rus və ingilis dilini bilməyən işə götürülmür. Bu da təbii olaraq alıcıların əsasən əcnəbi olmaları ilə əlaqədardır.
Beləliklə, gəzdiyimiz bütün ticarət obyektlərində təxminən eyni cavablarla qarşılaşdıq. Qərara gəldik ki, bu dükanların heç olmasa, inzibatçıları ilə görüşüb dilimizə qarşı göstərilən biganə münasibətin səbəbini onlardan soruşaq. Təəssüf ki, jurnalist olduğumuzu bilən satıcılar buna imkan vermədilər. Onsuz da hər şeyin göz qabağında olduğunu nəzərə alıb, o qədər də israr etmədik.

İngilis dilində menyülər

İndi də kafe və restoranlarda menyülərin müştərilərlə hansı dildə "danışdığına" fikir verin: rus və ingilis. (Yaxşı ki, paytaxtımıza Zimbabvedən gələnlərin sayı çox deyil. Yoxsa poliqlot camaatımız bu dili də öyrənmək, bu dildə adlar axtarmaq məcburiyyətində qalardı) Yalnız bir neçə kafedə həm də (!) Azərbaycan türkcəsində meyülərə rast gəldik. ("Köhnə Bakı", "Randevyu"...) Bir daha qeyd edək ki, belə yerlərin sayı çox az idi və bəziləri o qədər də diqqət çəkən yerlər sayılmır.
Əcnəbilərin daha çox olduğu məşhur Nizami küçəsində ("Torqovı") yerləşən obyektlərdə isə yuxarıda adları çəkilən restoranlar istisna olmaqla öz dilimizdə tərtib edilən meyülərin olması barədə danışmağa dəyməz. Ən azı ona görə ki, həmin restoranların sahibləri və yaxud da səlahiyyətliləri bunu vacib saymır. Onlar üçün müştərilərin cibi əsasdır, onların hansı dildə danışmaları sahibkarlar üçün qətiyyən maraqlı deyil. Əgər pul əcnəbilərdə və özü azəri türkü, dili, düşüncəsi və mənəviyyatı əcnəbiləşmiş insanlardadırsa, deməli, elə onların şərtləri də (əsasən də dillə bağlı) qeyd-şərtsiz nəzərə alınmalıdır. Yeri gəlmişkən, Avropa mətbəxi restoranlarda əsas yeri tutur. Milli mətbəximizin təbliği isə arxa plandadır və heç kim bu barədə düşünmür, dilimizə qarşı edilən hörmətsizlik, eynilə milli mətbəximizə da yönəlir.
Restoranlardan bir neçəsinə baş çəkirik. Ofisiantların ilk sözü "Dobro pojalıvat", "proxodite" oldu. Hətta öz dilimizdə danışmağımız belə, onları Azərbaycan türkcəsində danışmağa sövq etmədi. Səbəbi ilə maraqlananda isə "çto delat, privıkli" dedi. İçəri keçdik. Bizə yaxınlaşan ofisiant nə içəcəyimizlə maraqlandı, təbii ki, rus dilində. İstəyimizi Azərbaycan dilində eşitməyinə baxmayaraq, "çerez pyat minut" dedi.

"İşə götürüləcək şəxsin ingilis dilini bilməsi nəzərə alınır"

Restoranlardan birinin inzibatçısına yaxınlaşıb özümüzü təqdim etdik və işçilərin hansı şərtlərlə işə götürüldükləri ilə maraqlandıq. "İlk növbədə restoranda iş təcrübəsi olanlara üstünlük veririk. Bundan əlavə, normal xarici görünüş, qabiliyyət, ən azı rus dilini bilməsi əsasdır. İşə götürüləcək şəxsin ingilis dilini bilməsi, heç olmasa, anlaması və bu dildə ünsiyyət quramaq bacarığı nəzərə alınır". İnzibatçı özünü təqdim etsə də, adını yazmamağımızı dönə-dönə xahiş etdi. Görəsən o necə, bizim ona rəhbərlik etdiyi işçilərinin azərbaycanlı müştərilərlə öz dilimizdə danışmaları ilə bağlı xahişimizi yerinə yetirəcəkmi? Çətin. Çünki xahişimizi eşidəndə üzünün cizgilərindən, heç nə ifadə etməyən nəzərlərindən hiss olundu ki, ricamıza da dilimizə olduğu kimi biganə qalacaq.

Pulun varsa, "welcom"

Beləcə, növbə gəldi, yeməklərin və içkilərin qiymətlərinə. Bəlkə də bunun mövzuya dəxli olmadığını düşünəcəksiniz. Amma belə deyil. Menyülərin qiymətlərinin mövzumuza birbaşa dəxli var. Əvvəla, ona görə ki, bu qiymətlərə nəzərə salanda orta səviyyədə yaşayan azərbaycanlının maddi durumunun qətiyyən nəzərə alınmadığının şahidi olduq. Məsələn, bir stəkan təbii meyvə şirəsinin qiyməti 1 manat 40 qəpik - 2 manatdır. Nəticədə həmin restorana azərbaycanlının müştəri kimi girişinin qarşısı mədəni şəkildə alınır. Restoran sahibi də təyin edilən qiymətlərlə razılaşan əcnəbi müştərilərlərdən götürdüyü qazancın müqabilində onların öz dilində "buyur-buyur"la ("welcom"la, "dobro pojalıvat"la) yuxarı başa keçirirlər

Просмотров: 716 | Добавил: eynar | Рейтинг: 5.0/1
Всего комментариев: 2
2 Elish  
0
блин уже два года прошло, оболдеть surprised

1 jurnalisti  
1

Имя *:
Email *:
Код *:
Календарь
«  Октябрь 2008  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Наш опрос
Какие новости вы хотите видеть на нашем сайте?
Всего ответов: 33
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Поиск